ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etdi

ABŞ Gürcüstanın sabiq baş naziri, “Gürcü Arzusu”nun fəxri sədri, milyarder Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ  Maliyyə Nazirliyinin saytında məlumat verilib.

 

Bildirilib ki, Birləşmiş Ştatlar təkbaşına İvanişviliyə “Gürcüstanın demokratik və Avro-Atlantik gələcəyinə zərbə vurduğuna görə” sanksiya tətbiq edib.

 

Məlumata görə, sanksiyalara İvanişvilinin ABŞ-dakı bütün aktivlərinin dondurulması daxildir.

 

Qeyd edək ki, dekabrın 13-də Vaşinqton Gürcüstanda demokratiyanı sarsıtmaqda məsuliyyət daşıyanlara qarşı viza məhdudiyyətləri tətbiq edib. Siyahıya 20 nəfər daxil olub, onların adları çəkilməyib. Vaşinqton qeyd edib ki, Tbilisi nümayəndələrinə qarşı başqa məhdudiyyətlər də tətbiq olunacaq.

 

Ukrayna da, həmçinin etirazları dağıtdığına görə Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyət  tətbiq olunanların siyahısına B. İvanişvili və ölkənin Baş naziri İrakli Kobaxidze də daxildir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.