ABŞ-ın respublikaçı konqresmeni Co Vilson Gürcüstan Prezidenti Salome Zurabişvilini ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasiminə dəvət etdiyini bildirib.
Senzor.az-ın məlumatına görə, konqresmen bu barədə “X” sosial şəbəkəsində yazıb.
“Gürcüstanın yeganə qanuni lideri kimi mən Prezident Salome Zurabişvilini Prezident Donald Trampın andiçmə mərasiminə dəvət etməkdən məmnunam. Onun Gürcüstanın "Gürcü Arzusu" partiyasının fəxri rəhbəri Bidzina İvanişvili, eləcə də Çin Kommunist Partiyasından və İran rejimindən olan dostlarının hücumları qarşısında göstərdiyi cəsarət məni heyran etdi", — deyə Uilson vurğulayıb.
Xatırladaq ki, dünən ABŞ “Gürcü arzusu”nun qurucusu və fəxri sədri, iş adamı Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.