Cənubi Koreyada təyyarə qəzası: ölənlərin sayı 176-ya çatıb, üç nəfər itkin düşüb
YENİLƏNİB, VİDEO/FOTO

Cənubi Koreyanın Muan Beynəlxalq Hava Limanında baş verən təyyarə qəzasında 176 nəfərin öldüyü təsdiqlənib.

 

Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

 

Bildirilib ki, üç nəfər itkin düşmüş hesab olunur.

 

Məlumata görə, “Jeju Air” aviaşirkətinin qəzaya uğramış təyyarəsində 10 yaşadək azı beş uşaq olub.

 

Ümumilikdə, təyyarədə 175 sərnişin və 6 ekipaj üzvü olub.

 

**10:34


“Jeju Air” aviaşirkətinin Bankonq-Muan reysini yetirən yetirən “Boeing 737-800” təyyarəsi Muan hava limanında eniş edərkən uçuş-enmə zolağından çıxaraq hasara çırpılıb və yanğın əmələ gəlib. 

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, qəza zamanı 122 nəfərin öldüyü artıq  təsdiqlənib.

 

Təyyarənin göyərtəsində 181 nəfər olub. Xilasetmə və axtarış işləri davam edir. 


Koreya Respublikasının səlahiyyətliləri hesab edirlər ki, qəzaya uğrayan təyyarənin göyərtəsində olan insanların çoxu (175 sərnişin və 6 ekipaj üzvü) xilas edilmiş 2 nəfər istisna olmaqla, həlak olub.


Koreya Respublikası Prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Baş nazirin müavini, maliyyə naziri Çxve San Mok Colla-Namdo əyalətindəki Muan hava limanında təyyarə qəzası yerinə gedib.


Qəza ilə əlaqədar Muan Beynəlxalq Hava Limanında bütün daxili və beynəlxalq reyslər ləğv edilib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.