ABŞ-ın keçmiş prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.
Bu barədə "The Washington Post" qəzeti xəbər yayıb.
Keçmiş dövlət başçısının dekabrın 30-da Corciya ştatının Pleyns şəhərindəki evində keçindiyi bildirilir.
Qeyd edək ki, Karter ABŞ-ın 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.