Bayden yanvarın 9-nu matəm günü elan etdi

ABŞ Prezidenti Cozef Bayden keçmiş dövlət başçısı Cimmi Karterin vəfatı ilə əlaqədar 9 yanvar 2025-ci il tarixini matəm günü elan edib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ağ Evin saytında dərc edilmiş məlumatda belə deyilir.

 

“Kədərimizi bölüşən bütün dünya insanlarını bizə qoşulmağa dəvət edirəm”, – məlumatda vurğulanıb. Sənədə əsasən, ölkə daxilində və xaricində dövlət müəssisələrindəki milli bayraqlar 30 gün müddətinə endiriləcək.

 

Daha əvvəl Amerika Prezidenti “görkəmli lider, dövlət xadimi və humanist” adlandırdığı keçmiş siyasətçinin qohumlarına başsağlığı verib. 

 

Ağ Evin seçilmiş rəhbəri Donald Tramp da başsağlığı verib. O deyib ki, “amerikalıların həyatını yaxşılaşdırmaq cəhdlərinə görə hamı Cimmi Karterə təşəkkür etməlidir”.

 

Qeyd edək ki, Karterlə vidalaşma mərasimi Vaşinqtonda keçiriləcək.

 

Onu da xatırladaq ki, 1977-1981-ci illərdə ABŞ-ın 39-cu prezidenti olan Cimmi Karter yüz yaşına çatan ilk Ağ Ev rəhbəri olub. Karter administrasiyasının fəaliyyəti SSRİ ilə münasibətlərin pisləşməsi ilə xarakterizə olunurdu. Səlahiyyətləri başa çatdıqdan sonra o, xeyriyyəçiliklə məşğul olub. Siyasətçi karyerası ərzində Nobel Sülh Mükafatı (2002) da daxil olmaqla bir çox mükafata layiq görülüb.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.