Əfqanıstan İslam Əmirliyinin Ali rəhbəri Heybətullah Axundzadə əfqanların evlərində pəncərələrin və havalandırma sistemlərinin layihələndirilməsi və tikintisini tənzimləyən fərman imzalayıb.
Bu barədə "Tolo News" məlumat yayıb.
Məlumata görə, dəyişikliklər evlərdə olan qadınların həm ayaq üstə, həm də oturaq vəziyyətdə görünməməsi üçün edilib.
Sərəncamda vurğulanır ki, əgər kimsə ev, yaxud bina tikmək istəyirsə, o zaman pəncərələri qonşunun mətbəxinə və ya qadınların adətən oturduğu digər yerlərə tərəf qoymaq mümkün olmayacaq.
Bununla belə, əgər kimsə qonşusunun evinə baxan pəncərə açmaq qərarına gəlsə, o zaman o, həmin pəncərənin qarşısında kişi boyu hündürlüyündə divar çəkməlidir.