Türkiyə Milli İstehbarat Təşkilatı (MİT) PKK/KCK-nın sözdə rəhbərlərindən biri olan Nüsrəddin Dəmiri İraqın Qara bölgəsində həyata keçirdiyi xüsusi əməliyyatla zərərsizləşdirib.
Senzor.az Türkiyə mediasına istinadən xatırladır ki, N.Dəmir 2021-2022-ci illərdə “Pəncə-Kilid” əməliyyatı bölgəsində təhlükəsizlik qüvvələrinə qarşı təşkil olunan hücumların planlaşdırılmasında iştirak edib və bu hücumları şəxsən izləyib.
Onun 2023-cü ildən etibarən İraqın Qara bölgəsində PKK/KCK-nın “rəhbər” səviyyəsində fəaliyyət göstərdiyi müəyyən olunub.
Bu səbəblə MİT tərəfindən xüsusi hədəf siyahısına daxil edilib.