Gürcüstanda müddətli xidmətə ÇAĞIRIŞ QAYDALARI DƏYİŞDİ

Gürcüstanda məcburi müddətli xidmətə çağırışla bağlı yeni qaydalar 2025-ci il yanvarın 1-dən qüvvəyə minir və artıq çağırışçılar yalnız “Milli müddətli hərbi xidmət” adlandırılacaq hərbi xidmətə göndəriləcəklər.

 

“Report” xəbər verir ki, çağırış hərbi qeydiyyatda olan 18-27 yaş arası şəxslərin siyahısından yanvarın 31-nə qədər təsadüfi seçim əsasında həyata keçiriləcək.

 

Gürcüstanda müddətli xidmət ödənişli olmaqla məzuniyyət və istirahət günlərindən ibarət olacaq. Çağırışçı özü üçün üç xidmət variantından birini seçə bilər: döyüş bölməsində xidmət - 6 ay; mühafizə və təminat bölmələrində xidmət - 8 ay; kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə xidmət - 11 ay.

 

Çağırış il ərzində mərhələli şəkildə həyata keçiriləcək. Belə ki, döyüş bölməsində xidmətə çağırış 15 aprel tarixindən başlayacaq.

 

Mühafizə və təminat bölmələrində xidmətə çağırış dörd mərhələdə həyata keçiriləcək: 15 mart, 1 iyun, 15 avqust və 1 noyabr tarixlərində.

 

Kiçik komandir rütbəsi və müəyyən ixtisas üzrə çağırış isə oktyabrın 15-də başlayacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.