Məlum olduğu kimi, ötən gecə dünya əhalisi yeni ilin başlandığını qeyd edib. Suriyada da sakinlər ölkədə Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra ilk Yeni ili bayram ediblər.
BBC xəbər verir ki, çox sayda insan bayram münasibətilə paytaxt Dəməşqdə Əməvi meydanında toplaşıb.
54 ildən sonra ilk dəfə Yeni ili Əsəd rejimi olmadan qeyd edən suriyalılar üçün meydanda musiqili proqram və atəşfəşanlıq təşkil edilib.
Suriyalıların bayram sevincinin görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb.
Həmin görüntüləri təqdim edirik: