İranın cənubunda 4,6 maqnitudalı zəlzələ olub.
Senzor.az bildirir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, bu yeraltı təkanların episentri ölkənin Bəndər Abbas şəhərindən 58 şimal-şərqdə olub. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib.
Xatırladaq ki, ötən gün İranın cənub-şərqindəki Kirman əyalətində də zəlzələ olmuşdu - 4,3 bal gücündə.