Rusiya qazının Ukrayna üzərindən Avropaya tranziti dayandırıldı - TÜRKİYƏDƏN TƏKLİF VAR
VİDEO

"Rusiya qazının Ukrayna üzərindən tranziti dayandırıldıqdan sonra Türkiyə Avropa üçün təhlükəsiz alternativ ola bilər".

 

"Hürriyet" qəzetində dərc edilmiş materialda belə deyilir.

 

Qeyd edilir ki, eyni zamanda, Ankara müxtəlif ölkələrə mavi yanacaq ixrac edə bilər.

 

Xatırladaq ki, daha əvvəl "Qazprom" Ukraynanın "Naftoqaz" QSC ilə müqavilənin müddəti başa çatdığına görə Ukrayna ərazisindən tranzit üçün qaz tədarükü imkanının qalmadığını bəyan etmişdi. Yanvarın 1-dən Rusiya qazının tədarükü həyata keçirilmir.

 

"Hürriyet"in yazdığına görə, Rusiya ilə Ukrayna arasındakı vəziyyət Ankaranın yaxşı alternativ kimi mövqeyini daha da gücləndirəcək. Təhlükəsiz qaz nəqli marşrutu kimi Türkiyə əhəmiyyətli yer tutur. Bu, onun əlverişli coğrafi mövqeyi və qaz infrastrukturunun olması ilə bağlıdır. Türkiyə Qara dənizdə öz qazını istehsal edir, ölkə ərazisindən isə boru kəmərləri və üzən strukturlar keçir.

 

Türkiyə, materialda qeyd edildiyi kimi, Avropa bazarlarına daha çox qaz ixrac etmək potensialına da malikdir. Üstəlik, müxtəlif ölkələrdən qaz satışı mümkün olacaq.

 

Türkiyə təbii qazı Rusiyadan "Mavi axın" və "Türk axını" qaz kəmərləri ilə, Azərbaycandan TANAP qaz kəməri ilə, həmçinin İrandan alır. Ankara Bolqarıstan, Macarıstan, Makedoniya, Moldova və Rumıniyaya mavi yanacaq tədarük edir.

 

Yeri gəlmişkən, faktlar göstərir ki, Türkiyə Avropaya qaz tədarükünü artırmağı hələ Rusiya-Ukrayna münaqişəsi başlayandan planlaşdırırmış...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.