ABŞ dövlət katibi Entoni Blinken ölkəsinin Kiyev hakimiyyətini hələ Ukraynada müharibə başlamamışdan qabaq silahla təchiz etdiyini açıqlayıb.
Bu barədə o, “The New York Times”a müsahibəsində danışıb.
"Birləşmiş Ştatlar Kiyev hakimiyyətini Rusiya Ukraynada müharibəyə başlamazdan xeyli əvvəl müxtəlif silahlarla, xüsusən də “Stinger” zenit-raket kompleksləri və “Javel”in tank əleyhinə sistemlərlə təchiz etməyə başlamışdı", - deyə dövlət katibi vurğulayıb.