Serbiya hökuməti Monteneqroda 12 nəfərin həlak olduğu atışma ilə əlaqədar yanvarın 5-i ölkədə matəm günü elan edib.
TASS xəbər verir ki, Serbiya Nazirlər Kabinetinin yanvarın 4-də KİV-də dərc olunan məlumatında belə deyilir.
Bildirilir ki, ölkə Prezidenti Aleksandar Vuçiç Daxili İşlər Nazirliyinə, Təhlükəsizlik və İnformasiya Agentliyinə təhlükəsizlik baxımından bütün maraqlı şəxslərin yoxlanılmasının davam etdirilməsi, qanunsuz silahların ələ keçirilməsinin sürətləndirilməsi, habelə qanuni silahların əlavə olaraq yoxlanılması tələbi ilə müraciət edib.