ABŞ-ın bir neçə ştatının sakinləri mənşəyi məlum olmayan kimyəvi qoxulu dumandan şikayətlənirlər.
Bu barədə "Daily Mail" qəzeti hadisə şahidlərinə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, duman əsasən cənub ştatlarına - Ayova, Viskonsin, Virciniya, Qərbi Virciniya, Kanzas, Merilend, Minnesota, Nebraska, Oklahoma, Şimali Dakota və Florida ştatlarına təsir edib.
Qəzet müəyyən edib ki, bir neçə ştatı bürüyən duman ilin bu vaxtı üçün adi haldır və kimyəvi qoxunun səbəbi, çox güman ki, əvvəllər müşahidə olunan hava çirkliliyidir.
Bunu ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) məqaləsində yer alan məlumatlar da sübut edir.