Qazaxıstan Səhiyyə Nazirliyi kəskin respirator virus infeksiyası olan metapnevmovirusun (HMPV) dünyada yayılması ilə bağlı mətbuatda dərc olunan məlumatlara münasibət bildirib.
Senzor.az-ın xəbərinə görə, nazirliyin mətbuat xidməti epidemiya mövsümü başlayandan indiyədək ölkədə 8360 nümunədə qeyri-qrip virusunun olub-olmamasının araşdırıldığını bildirib.
Sanitariya və Epidemioloji Nəzarət Komitəsinin məlumatına görə, nümunələrin yalnız 1,6 faizində (30 halda) metapnevmovirus aşkar edilib.
İnsan metapnevmovirusu bir çox ölkələrdə onilliklər ərzində dövriyyədə olan klassik viruslardan biridir. Əsasən hava damcıları və daha az dərəcədə məişət təmasları ilə ötürülür. İnfeksiyanın əsas əlamətləri öskürək, burun axması, nəfəs darlığı, qızdırma, baş ağrısıdır. Xüsusi bir müalicə yoxdur, simptomatik müalicədən istifadə olunur.