İtaliyada bəzi dövlət qurumlarının və bankların saytları kiberhücuma məruz qalıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Trieste və Taranto limanlarının, “Intesa” və “Monte Paschi” kimi bəzi bankların, həmçinin özəl qurumların internet saytları “NoName057” adlı rusiyapərəst hakerlər qrupunun kiberhücumuna məruz qalıb.
İtaliya Milli Kibertəhlükəsizlik Agentliyi kiberhücumlara məruz qalan qurumların saytlarının funksional fəaliyyət göstərməsi üçün lazımi dəstək verib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin yanvarın 9-da Romaya səfəri zamanı da İtaliyanın bəzi dövlət qurumlarının saytları kiberhücumlara məruz qalmışdı.