Ukrayna ordusu bu gecə Rusiyanın 12 regionuna kütləvi PUA və raket hücumu edib.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, Ukrayna ordusu gecə saatlarında Bryansk vilayətini ATACMS raketlərilə atəşə tutub. Yerli sakinlər təxninən 30 dəqiqə partlayış səsləri eşitdiklərini bildiriblər. Yerli hakimiyyət orqanlarının məlumatına görə, vurulan raketlərin qalıqları Seltso şəhərindəki kimya zavodunun ərazisinə düşüb.
Tula vilayətinin Aleksin şəhəri üzərində 16 PUA-nın vurulduğu bildirilib.
“Maş” Teleqram kanalının məlumatına görə, Ukrayna ordusu Saratov vilayətinə “Peklo” raket-PUA-ları və “Bobyor” PUA-ları ilə zərbələr endirib. Vilayət qubernatoru Roman Busargin hücum nəticəsində Engels şəhərindəki sənaye müəssisəsinə ziyan dəydiyini bildirib.
Kazan şəhərinə də hücumlar nəticəsində yanacaq sisterni yanıb.
Ümumilikdə 12 vilayətdə 100-dən çox raket və PUA-nın vurulduğu bildirilib.
Daha ətraflı linkdəki (https://www.youtube.com/watch?v=JHTiIOKMNI4) videoda: