Almaniyanın müdafiə naziri Boris Pistorius Ukraynaya təhlükəsizlik səbəbi ilə əvvəlcədən elan olunmamış səfər edib.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Ukraynadakı görüşlərdə bu ölkəyə daha çox yardım göstərilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir. Nazir açıqlamasında bu səfərlə Ukraynaya fəal dəstəyin davam etdirildiyinin göstərildiyini vurğulayıb.
B.Pitorius Kiyevə Polşa, Fransa, İtaliya və Britaniya müdafiə nazirləri ilə görüşdən sonra səfər edib. Həmin görüşdə Ukraynaya daha çox yardım göstərilməsi məsələsi müzakirə olunub və gələcəkdə Ukrayna silah sənayesinə geniş sərmayə yatırılması qərara alınıb.