Si Cinpin Donald Trampla danışdı

Yanvarın 17-də Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

 

Senzor.az bildirir ki, bu barədə Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.

 

Qeyd olunub ki, tərəflər telefon danışığı zamanı Vaşinqton və Pekin arasında strateji kommunikasiya kanalının yaradılması barədə razılığa gəliblər.

 

Vurğulanıb ki, bu təşəbbüs ABŞ və Çinə “iki ölkənin ümumi maraqlarına aid əsas məsələlər” üzrə məlumat mübadiləsi aparmağa imkan verəcək.

 

Telefon danışığının digər detalları barədə hələlik açıqlama yoxdur.

 

Yeri gəlmişkən, Çin Xarici İşlər Nazirliyinin (XİN) yanvarın 17-də mətbuata açıqlamasında deyilir ki, ÇXR-in vitse-prezidenti Han Cen ABŞ tərəfinin dəvəti əsasında yanvarın 20-də Donald Trampın andiçmə mərasimində iştirak edəcək. Nazirlik rəsmi Pekinin ABŞ ilə münasibətləri və onun inkişafını qarşılıqlı etimad, dinc yanaşı yaşama və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında gördüyünü bəyan edib.

 

"Biz yeni ABŞ hökuməti ilə dialoq və kommunikasiyanı gücləndirmək, fikir ayrılıqlarını düzgün həll etmək, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, Çin-ABŞ münasibətlərini sabit, sağlam və davamlı saxlamaq, iki ölkənin bir-biri ilə anlaşmasına imkan verən düzgün yol tapmaq üçün işləməyə hazırıq", - deyə Çin XİN-in açıqlamasında qeyd olunur.

 

Xatırladaq ki, Donald Trampın ilk prezidentliyi dövrü ABŞ-Çin ticarət müharibələri, qarşılıqlı olaraq məhsullara əlavə idxal rüsumların tətbiqi ilə yadda qalıb. Trampın ilk prezidentliyinin sonunda ABŞ-Çin münasibətləri son onilliklərin ən zəif nöqtəsinə düşmüşdü... 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.