İranda Ali Məhkəmə hakimlərinə silahlı hücum:
ÖLƏNLƏR və YARALANANLAR VAR

Bu gün İranın paytaxtında, Tehran Ədalət Sarayında dəhşətli hadisə baş verib. Naməlum silahlı şəxs məhkəmə binasında olan üç hakimə atəş açıb.

 

Senzor.az bildirir ki, bu barədə "Iscanews" xəbər yayıb.

 

Hadisə yerində olan şahidlər hücum edənin məhz hakimləri hədəf aldığını deyiblər.

 

Nəticədə iki hakim həyatını itirib, digər hakim və bir nəfər cangüdən isə yaralanıb.

 

Hadisədən sonra hücum edən şəxs özünü də öldürüb.

 

Məhkəmə binası polis tərəfindən mühasirəyə alınıb və ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb...

 

"Donya-e-eqtesad" nəşrinin məlumatına görə, sui-qəsdə məruz qalan hakimlər milli təhlükəsizliyə qarşı cinayətlər, casusluq və terrorizmdə şübhəli bilinənlərin işlərinə baxırmışlar.

 

Bildirilir ki, qətlə yetirilən Höccətül-islam Razini Ali Məhkəmədə 39-cu, Höccətül-islam Moqişeh isə 53-cü şöbənin rəhbərləri olublar.

 

Hadisə zamanı yaralanan Miri adlı bir hakimin və cangüdənin vəziyyəti barədə məlumat verilmir.

 

İlkin araşdırmalara görə, qatil nə məhkəmədə cinayət işi olan, nə də şikayətçi statusunda olan bir şəxs imiş.

 

Yeri gəlmişkən, hakim Raziniyə qarşı bundan əvvəl də sui-qəsd cəhdi olub. Həmin vaxt o yaralanıbmış.

 

Hökumət baş verənləri terror aktı kimi qiymətləndirir.

 

Hazırda hadisənin təfərrüatı araşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.