Bayden Trampın cinayət ittihamı ilə hədələdiyi insanları əfv etdi

ABŞ Prezidenti postunu tərk etməkdə olan Cozef Bayden prezidentliyinin son saatlarında xələfi Donald Tramp tərəfindən cinayət ittihamı ilə təhdid edilən bir sıra adamları əfv edib.

 

Sünzor.az yerli KİV-ə istinadən bildirir ki, Bayden administrasiyasının bəyanatında belə deyilir.

 

Əfv olunanlar arasında Birləşmiş Qərargah Rəisləri Komitəsinin keçmiş sədri general Mark Milli, Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun keçmiş direktoru Entoni Fauçi, həmçinin 2021-ci ilin əvvəlində Kapitoliya hücumu araşdıran Nümayəndələr Palatasının Xüsusi Komitəsinin üzvləri və bu iş üzrə ifadə verən Kapitolinin və Kolumbiya dairəsinin polis əməkdaşları var.

 

Qeyd edək ki, daha əvvəl jurnalistlərə müsahibəsində Tramp “daxili düşmənləri” təqib etmək niyyətində olduğunu bəyan etmişdi. Daha sonra o, bəzi demokrat siyasətçiləri də bu kateqoriyaya aid etdiyini söyləyib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.