"İmkan verin, işləyim".
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, bunu Xuzistana səfər edən İran Prezidenti Məsud Pezeşkian əyalətin problemləri barədə danışarkən deyib.
"Mənim bir problemim də odur ki, gəlib mənə deyirlər ki, çıxış et. İmkan verin, işimi görüm. Danışmaq və şüarlar demək əvəzinə ölkədəki problemləri həll etmək üçün vaxt ayırmalıyam. Mən namizəd olanda heç kimə rəqəm vermədim, demədim ki, prezident olsam, bunları edəcəm. Dedim ki, bacardıqca problemləri həll etməyə çalışacam”, - deyə Pezeşkian bildirib.