Sabah Yer kürəsini maqnit qasırğası vuracaq

Yanvarın 25-də Yer kürəsini maqnit qasırğası bürüyəcək.

 

"Komsomolskaya Pravda" nəşrinin xəbərinə görə, bunu Rusiya Elmlər Akademiyası  Kosmik Tədqiqatlar İnstitutunun və Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyasının rəsmi saytında təqdim olunan qrafiklər göstərir.

 

Həmçinin "Podmoskovye segodnya" internet nəşri maqnit qasırğasının saatlar üzrə proqnozunu təqdim edib.

 

Təqdim olunan məlumatlara əsasən, maqnit sferasının kiçik dalğalanması yanvarın 24-də saat 15:00-da (Bakı vaxtı ilə 16:00-da) başlayıb gecəyarısına qədər davam edəcək. Yanvarın 25-də isə saat 0:00-dan 3:00-dək (Bakı vaxtı ilə 1:00-dan 4:00-dək) maqnitosfer qırmızı zonaya qalxacaq, lakin G1 səviyyəsinə çatmayacaq (zəif qasırğa).

 

Yanvarın 25-də saat 3:00-dan 6:00-dək (Bakı vaxtı ilə 4:00-dan 7:00-a qədər) maqnitosfer sakit vəziyyətdə olacaq, lakin saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) etibarən göstəricilər, demək olar ki, G2 səviyyəsinə (orta qasırğa) qalxmağa başlayacaq. Saat 9:00-dan (Bakı vaxtı ilə 10-dan) etibarən dalğalanma səngiməyə başlayacaq, 12:00-da isə sarı zonada olacaq. Maqnit qasırğasının təxminən altı saat sonra, saat 18:00-da (Bakı vaxtı ilə 19:00-da) sona çatacağı gözlənilir.(Oxu.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.