ABŞ ordusu Somalidə İŞİD mövqelərinə zərbələr endirib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın müdafiə naziri Pit Heqset məlumat yayıb.
Nazir bildirib ki, Trampın əmri ilə Somali hökuməti ilə koordinasiya əsasında ABŞ-ın Afrika Komandanlığına Qolis dağlarında İŞİD yaraqlılarına zərbələr endirilməsi üçün icazə verilib: “İlkin məlumata görə, çox sayda terrorçu öldürülüb”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Somalidə İŞİD liderlərindən birini zərərsizləşdirmək barədə göstəriş verib.
Onu da qeyd edək ki, Somalinin şimalında 100-200 İŞİD terrorçusu məskunlaşıb.