Sizi əmin edirəm ki, Tramp öz xarakteri və əzmkarlığı ilə Avropada asayişi kifayət qədər tez bərpa edəcək.
Senzor.az bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalist Pavel Zarubinə açıqlamasında deyib.
"Avropadakılar ABŞ-dakı proseslərə müdaxilə edərək, Trampla mübarizə aparırdılar, indi isə özlərini itiriblər", - deyə Rusiya Prezidenti vurğulayıb.
Putin əmin olduğunu bildirib ki, Avropa elitası yekunda Trampın "ayaqlarına döşənəcək" və "yumşaq şəkildə quyruq bulayacaq".