Suriyanın keçid dövrünün Prezidenti Əhməd əl-Şara Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saudla görüşmək üçün ilk xarici səfərini Ər-Riyada edib.
Bu barədə Səudiyyə Ərəbistanının SPA dövlət agentliyi məlumat yayıb.
"Əl-Şara bazar günü səhər saatlarında Səudiyyə Ərəbistanına ilk xarici səfərə gəlib. Onu xarici işlər naziri Əsəd əl-Şibani müşayiət edir", - agentlik yazıb.
Səfərlə bağlı digər təfərrüatlar açıqlanmayıb.