Suriyadan Türkiyəyə tarixi səfər - 18 İL SONRA
VİDEO

Suriyanın keçid dövrü üçün Prezidenti Əhməd əl-Şara (Culani) türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə sabah Ankaraya səfər edəcək.

 

Senzor.az bildirir ki, bununla bağlı Türkiyə Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumatda Suriya liderinin Ankarada Prezident iqamətgahında məhdud və geniştərkibli görüşlər keçirəcəyi qeyd olunub.

 

Danışıqlarda Suriyadakı son hadisələrin bütün aspektlərlə müzakirə ediləcəyi, iqtisadiyyatın dirçəlməsi, davamlılığı üçün iki ölkənin atacağı ortaq addımların, ölkədəki sabitlik və təhlükəsizliyin qiymətləndiriləcəyi bildirilib.

 

Habelə, keçid administrasiyasına və Suriya xalqına verilə biləcək dəstək də müzakirə ediləcək.

 

Qeyd edək ki, Suriyanın devrilmiş lideri Bəşər Əsəd Türkiyəyə sonuncu dəfə 2007-ci ildə rəsmi səfər etmişdi.

 

Daha sonra onun dəvəti ilə Türkiyə Prezidenti Abdullah Gül 15 may 2009-cu ildə Suriyada səfərdə olmuşdu.

 

Bu, Türkiyədən Suriyaya ilk prezident səfəri kimi tarixə düşüb. Həmin səfərdə Türkiyə nümayəndə heyətinə Xarici işlər naziri Əhməd Davudoğlu, Xarici ticarətdən Məsul Dövlət Naziri Zəfər Çağlayan və Mədəniyyət və Turizm naziri Ərtoğrul Günay daxil idi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.