Tramp ABŞ-ı BMT-nin İnsan Haqları Şurasından da çıxarır

ABŞ Prezidenti Donald Tramp 24 saat ərzində ölkəsinin BMT-nin İnsan Haqları Şurasından (UNHRC) çıxarılması və BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsini dayandırması barədə sərəncam imzalayacaq.

 

Məlumatı mənbələrinə istinadən Amerikanın "Politico" qəzeti yayıb.

 

Nəşr vurğulayır ki, UNRWA-nın maliyyələşdirilməsini qadağan edən fərman İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfəri ərəfəsində imzalanacaq.

 

Trampın əmrinə əsasən, ABŞ Dövlət katibi Marko Rubio Ağ Ev qarşısında hansı beynəlxalq təşkilatların, birliklərin radikal və ya anti-Amerika siyasətini təbliğ etdiyi barədə hesabat verməli olacaq.

 

“Report” xatırladır ki, 2024-cü il oktyabrın 28-də İsrail Knesseti (birpalatalı parlament) ölkədə UNRWA-nın fəaliyyətinin qadağan olunması ilə bağlı qanun qəbul edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.