Hizbullahın baş katibi Naim Qasım İranın ali rəhbəri Əli Xameneinin Livandakı nümayəndəsi təyin olunub.
Bu barədə “Tasnim” məlumat yayıb.
Qeyd edək ki, əvvələr bu vəzifədə Hizbullahın öldürülən rəhbəri Həsən Nəsrullah olub.
Xatırladaq ki, Həsən Nəsrullah 2024-cü il sentyabrın 28-də İsrailin Beyruta endirdiyi raket zərbələri nəticəsində ölüb. Onu bu vəzifədə əmisi oğlu Seyid Haşim Səfiuddin əvəzləmişdi. Ancaq o da hücum nəticəsində öldürüldü. O, hərəkatın İcraiyyə Şurasının rəhbəri, təhlükəli beynəlxalq terrorçu sayılır, “Hizbullah”ın “ikinci nömrəsi” hesab olunurdu.