Türkiyə və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ərdoğan qonağı Prezident Sarayında rəsmi mərasimlə qarşılayıb.

 

Mətbuata qapalı keçirilən ikitərəfli görüş və nümayəndə heyətləri arasında işçi nahardan sonra prezidentlər birgə mətbuat konfransı keçiriblər.

 

Prezident Ərdoğan bildirib ki, dövlət başçıları regional və qlobal problemlərin gündəmindəki aktual məsələləri müzakirə ediblər.

 

“Biz Suriyadakı hadisələr, Qəzza zolağındakı vəziyyət və Ukraynadakı müharibə kimi regional məsələlərdə Almaniya ilə əməkdaşlığı davam etdirəcəyik.

 

Ötən ilin aprelində Türkiyəyə səfərindən sonra Ştaynmayeri yenidən salamlamaqdan çox məmnun olduğunu deyən Ərdoğan, ötən ilin Türkiyə ilə Almaniya arasında dostluq müqaviləsinin 100-cü ildönümünün qeyd olunduğunu xatırladıb.

 

“Təəssüf ki, biz Avropada ksenofobiya, irqçilik və islamofobiya kimi aktların və bəyanatların artdığını müşahidə edirik. Bu, Türkiyə cəmiyyətini narahat edir”, - deyə Ərdoğan bildirib.

 

Onun sözlərinə görə, son vaxtlar yüksək səviyyəli səfərlər və beynəlxalq məkanlarda keçirilən görüşlər iki ölkə arasında sıx dialoqun ən bariz təzahürüdür. Prezident əlavə edib ki, güclü siyasi, iqtisadi, humanitar və mədəni əlaqələr əməkdaşlığın daha da inkişafına imkanlar yaradır.

 

Almaniya ilə Türkiyə arasında iqtisadi və ticarət əlaqələrinin kifayət qədər güclü olduğunu vurğulayan Ərdoğan ticarət həcmini artırmağa və qarşılıqlı investisiyaları təşviq etməyə davam etdiklərini qeyd edib.

 

Terrorla mübarizə, qeyri-qanuni miqrasiya, viza məsələsi, müdafiə sənayesi və Almaniyadakı türk icması ilə bağlı məsələlərin də gündəmdə olduğunu deyən Ərdoğan fevralın 23-də Almaniyada gözlənilən seçkilərin əlverişli keçməsini arzulayıb.

 

Prezident Ərdoğan onu da qeyd edib ki, türk icmasının təhlükəsizliyi, inkişafı və rifahı Almaniya və Türkiyənin gündəmində birinci yerdədir.

 

Prezident Frank-Valter Ştaynmayer mətbuata bəyanatında Yaxın Şərqdə və Türkiyənin yerləşdiyi bölgədə dinamik proseslərin yaşandığını qeyd edərək bildirib: “Almaniya və Türkiyə olaraq bu proseslərə fərqli perspektivdən baxırıq, ancaq bir ortaq marağımız var ki, o da bölgədə davamlı sülhün bərqərar olmasıdır. Türkiyə bu baxımdan çox mühüm aktordur. Prezidentlə bu məsələdə həmfikirik ki, bütün bu gərginliklər qarşısında fürsətləri dəyərləndirməliyik. Bölgədə sülh və davamlı inkişaf istəyirik”.

 

Suriyada sabitliyin təmin olunmasının vacibliyinə də toxunan Almaniya Prezidenti bütün etnik qrupların prosesə cəlb olunmasının əhəmiyyətini qeyd edib, Türkiyəyə və digər ölkələrə üz tutmuş suriyalı qaçqınların öz ölkələrinə qayıtlamarı üçün bunun əsas olduğunu bildirib.

 

Frank-Valter Ştaynmayer iki il əvvəl Türkiyədə dəhşətli zəlzələnin ildönümünü xatırladaraq bölgədə zəlzələyə davamlı məktəblərin inşası üçün 140 milyon avroluq kreditin ilk mərhələsinin razılaşdırıldığını qeyd edib.

 

Xatırladaq ki, Almaniya Prezidenti regiona səfərinə fevralın 2-də Səudiyyə Ərəbistanından başlayıb. Frank-Valter Ştaynmayer səfər çərçivəsində Ər-Riyadda Krallığın Nazirlər Şurasının Sədri, Vəliəhd Şahzadə Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud ilə görüşüb.

 

Prezident Frank-Valter Ştaynmayer Səudiyyə Ərəbistanından sonra fevralın 4-də İordaniyaya səfər edib, “İraqda İŞİD-ə qarşı mübarizə/potensialın gücləndirilməsi" çərçivəsində buradakı 18-ci Almaniya kontingentini ziyarət edib. Almaniya Prezidentinin İordaniya Haşimilər Krallığının Kralı II Abdullah İbn Əl-Hüseyn ilə görüşü olub.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.