Ərdoğan Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-13 fevralda Malayziya, İndoneziya və Pakistana rəsmi səfər edəcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezident Administrasiyası  Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesabında yazıb.

 

O, qeyd edib ki, Ərdoğan dəvətlərə cavab olaraq edəcəyi səfərlər zamanı keçiriləcək görüşlərdə həmin ölkələrlə ikitərəfli münasibətlərə hərtərəfli nəzər salınacaq, mövcud əməkdaşlığın konkret layihələrlə daha da inkişaf etdirilməsi üçün birgə addımlar atılacaq.

 

“Hərtərəfli strateji tərəfdaşımız olan Malayziyaya səfərlərindən sonra cənab Prezident həmkarları ilə İndoneziya və Pakistanda keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclaslarına sədrlik edəcək. Prezidentimizin səfər edəcəyi ölkələrlə ikitərəfli müqavilə bazasının möhkəmləndirilməsi məqsədilə müxtəlif sahələrdə sazişlərin imzalanması, işgüzar dairələrlə bir araya gəlməsi nəzərdə tutulur”, - F.Altun qeyd edib.

 

Görüşlər zamanı həmçinin Qəzza məsələsi başda olmaqla aktual regional və qlobal problemlər ətrafında fikir mübadiləsi aparmaq planlaşdırılır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.