Putin Suriyanın keçid dövrünün Prezidenti ilə danışdı

Rusiya Prezidenti Vladimir Putin Suriyanın keçid dövrünün Prezidenti Əhməd əl-Şara ilə telefonla danışıb və Ərəb Respublikasındakı vəziyyəti müzakirə edib.

 

TASS xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

 

“Suriyadakı mövcud vəziyyətlə bağlı hərtərəfli fikir mübadiləsi aparılıb. Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini ifadə edib”, - məlumatda bildirilib.

 

Putin Rusiyanın Suriyada vəziyyətin yaxşılaşmasına, o cümlədən humanitar yardım göstərməyə bundan sonra da hazır olduğunu vurğulayıb.

 

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişafı üçün təmasları davam etdirməklə bağlı razılığa gəliblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.