Mövcud geosiyasi vəziyyət Avropa Silahlı Qüvvələrinin yaradılmasının zəruriliyini nümayiş etdirir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı deyib.
"Mən Avropaya inanıram. Siz də inanmalısınız. Sizi özünüz və Avropa naminə - Avropa xalqları, xalqlarınız, evləriniz, uşaqlarınız və ümumi gələcəyimiz naminə hərəkət etməyə çağırıram", - V.Zelenski qeyd edib.
Onun sözlərinə görə, Avropa özünü təmin etməli və öz gücünü Ukrayna ilə birləşdirməlidir.
"Bir çox liderlər Avropanın öz silahlı qüvvələrinə - Avropa Ordusuna ehtiyacı olduğunu söyləyiblər. Hesab edirəm ki, bu vaxt gəlib çatıb. Avropa Silahlı Qüvvələri yaradılmalıdır", - o əlavə edib.
Dövlət başçısı, həmçinin NATO-nun Baş katibi Mark Rutteyə müraciət edərək belə silahlı qüvvələrin Alyansa əvəzləyici olmayacağını qeyd edib: "Söhbət Avropanın tərəfdaşlığımıza verdiyi töhfəni ABŞ-ın töhfəsinə bərabər etməkdən gedir. Sülh naminə birgə iş zamanı eyni yanaşmaya ehtiyacımız var".