Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin paytaxtı Ankarada səfərdədir.
Bu barədə “Anadolu” məlumat yayıb.
“Zelenski və nümayəndə heyətini daşıyan təyyarə saat 21:08 (Bakı vaxtı ilə 22:08 – red.) Ankara Əsənboğa Hava Limanına eniş edib”, – agentliyin məlumatında qeyd olunub.
Dövlət başçısının türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Prezident Sarayında görüşü sabaha planlaşdırılıb.