Zelenski Səudiyyə Ərəbistanına səfərini təxirə saldı: RUSİYA-ABŞ DANIŞIQLARINDAN SONRA
VİDEO

Ukrayna Prezidenti Vladimir Zelenski Səudiyyə Ərəbistanına səfərini təxirə salıb.

 

Senzor.az bildirir ki, bu barədə V.Zelenski türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşdə sonra mediaya açıqlamasında deyib.

 

"Orada kimin qalacağını və kimin gedəcəyini, kimin hara hazırlaşdığını bilmirəm. Düzünü desəm, əhəmiyyət vermirəm. Partnyorlarımızın bizim haqqımızda lazımsız nəsə düşünməsi məni maraqlandırmır. Biz tamamilə dürüst və səmimiyik. Mən heç bir təsadüf istəmirəm. Buna görə də Səudiyyə Ərəbistanına getməyəcəyəm. Səudiyyə Ərəbistanındakı tərəfdaşlarımızla əlaqə saxladıq. Mənim əlahəzrətlə, Məhəmmədlə çox yaxşı münasibətim var. Biz indicə əlaqə saxladıq və razılaşdıq ki, martın 10-da rəsmi səfər edəcəyəm”, - deyə Zelenski bildirib.

 

Qeyd edək ki, Zelenski Türkiyəyə BƏƏ-dən gəlmişdi və 19 fevralda oradan Ərəbistana səfər etməli idi. Yəni bu səfər onun BƏƏ və Türkiyəyə səfərlərini də əhatə edən diplomatik turunun bir hissəsi olmalı idi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.