İsrail və HƏMAS fələstinli məhbusları azad etmək üçün razılığa gəldilər

HƏMAS radikal hərəkatı fevralın 22-də, israilli girovların meyitlərinin təhvil verildiyi gün azad edilməli olan bir qrup fələstinli məhbusun qarşı tərəfdən sərbəst buraxılması ilə bağlı razılığa gəldiyini bildirib.

 

Bu barədə hərəkatın Teleqram-kanalında məlumat verilib.

 

Razılaşma HƏMAS nümayəndə heyətinin Qahirəyə səfərindən sonra əldə olunub.

 

“Son qrupun tərkibində azad edilməli olan fələstinlilərin sərbəst buraxılmasının gecikdirilməsi məsələsinin həlli ilə bağlı razılıq əldə olunub ki, onlar da israilli girovların meyitlərinin qarşı təhvil verilməsi ilə eyni vaxtda buraxılsınlar”, - xəbərdə deyilir.

 

Məlumatda deyilir ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Xəlil əl-Həyyanın başçılıq etdiyi hərəkatın nümayəndə heyəti Qahirəyə səfəri zamanı Misir rəsmiləri ilə atəşkəs razılaşmasının icrası, girovların dəyişdirilməsi və danışıqların ikinci mərhələsinin perspektivlərini müzakirə edib.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.