Almaniyanın Bielefeld şəhərində məhkəmə binası yaxınlığında atışma olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, hadisə peşəkar boksçu Besar Nimaninin qətli ilə bağlı məhkəmə iclası zamanı baş verib.
Şahidlərin nəşrə verdiyi məlumata görə, atışma zamanı bir neçə nəfər yaralanıb.
Bildirilir ki, hadisə yerində polis və xilasedicilər işləyir.