Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda Gürcüstana səfər edə bilər.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Gürcüstan xarici işlər naziri Maka Boçorişvili Türkiyə səfərini dəyərləndirərkən deyib.
Boçorişvili türkiyəli həmkarı ilə Ərdoğanın səfəri üzərində işləyəcəklərini bildirib: “Gözləyirik ki, yaxın gələcəkdə Türkiyə Prezidentini qəbul etmək imkanımız olacaq”.