Britaniyanın Baş naziri Zelenski ilə görüşdü - UKRAYNAYA DAVAMLI YARDIM VƏD ETDİ
VİDEO/FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Britaniyanın Baş naziri Kir Starmer ilə Dauninq Stritdə görüş keçirib.

 

Senzor.az xarici KİV-ə istinadən bildirir ki, görüş zamanı Zelenski müharibənin başlanğıcından bəri Böyük Britaniyanın Ukraynaya göstərdiyi dəstəyə görə Starmerə təşəkkür edib. O, həmçinin bazar günü Kral III Çarlz ilə görüşəcəyini təsdiqləyib.

 

Kir Starmer Britaniyanın Ukraynaya dəstəyinin davam edəcəyini vurğulayıb: “Biz Ukraynanın yanındayıq və bu, nə qədər lazım olsa, davam edəcək”, - deyə Baş nazir qeyd edib. Hökumət başçısı Ukraynanın suverenliyinə və təhlükəsizliyinə əsaslanan dayanıqlı sülh yolunu tapmaq üçün əlindən gələni etdiyini bildirib.

 

Qeyd edək ki, martın 2-də Kir Starmer Avropa liderlərinin sammitinə ev sahibliyi edəcək. Görüşdə Rusiya-Ukrayna müharibəsinin dayandırılması və Avropanın müdafiə strategiyaları müzakirə olunacaq.


Daha bir maraqlı məqam. Böyük Britaniyanın Baş naziri ənənəni pozaraq qonağı öz iqamətgahının qarşısında gözləməklə kifayətlənməyərək, onu qarşılamağa gedib və qucaqlayıb. "Sky News"un məlumatına əsasən, Starmer bununla göstərdi ki, bir gün əvvəl Zelenskinin ABŞ Prezidenti Donald Trampla mübahisə etdiyi rəsmi Vaşinqtondan fərqli olaraq London Kiyevin tərəfindədir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.