İranın strateji məsələləri üzrə vitse-prezidenti Məhəmməd Cavad Zərif, iqtisadiyyat və maliyyə naziri Əbdülnasir Hemmatinin impiçment elan edilməsindən sonra istefa verib.
Bu barədə “Fars” agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, vitse-prezident istefasını İran Məclisinin (birpalatalı parlament) iclasından sonra təqdim edib. Hemmati vəzifəsindən həmin iclasda kənarlaşdırılmışdı.
Qeyd olunub ki, Prezident Məsud Pezeşkian hələ Zərifin istefa ərizəsini qəbul etməyib.
Xatırladaq ki, Zərif ötən ilin avqustunda da istefa vermişdi, lakin Pezeşkian onun istefasını qəbul etməmişdi.