Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Vaşinqtonun meri Muriel Bouzerə evsizlərin çadırlarını şəhərdən yığışdırmağı əmr edib.
Bu barədə o, özünün "Truth" hesabında paylaşım edib.
"Vaşinqton meri evsizlərin şəhərdə, xüsusən də Dövlət Departamentinin ətrafında qurduğu çadırları yığışdırmalıdır. Əgər o bunu edə bilməyəcəksə, bunu onun üçün biz etməli olacağıq. Vaşinqton təmiz və təhlükəsiz şəhər olmalıdır".