Zelenski Ukrayna və ABŞ nümayəndələrinin görüşəcəyini təsdiqlədi

“Ukrayna və Amerika nümayəndə heyətləri gələn həftə Səudiyyə Ərəbistanında görüşəcəklər”.

 

Senzor.az bildirir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesablarında məlumat verib.

 

Dövlət başçısı qeyd edib ki, o, martın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək, Krallığın vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudla görüşəcək.

 

“Bundan sonra mənim komandam amerikalı tərəfdaşlarla işləmək üçün Səudiyyə Ərəbistanında qalacaq. Sülhdə ən çox Ukrayna maraqlıdır”, - deyə Zelenski vurğulayıb.

 

Onun sözlərinə görə, Ukrayna tez və etibarlı sülhə nail olmaq üçün müstəsna olaraq konstruktiv işləyir və çalışır.

 

Xatırladaq ki, Qərb mətbuatı martın 12-də Ukrayna və Amerika rəsmilərinin Səudiyyə Ərəbistanında görüşəcəyini yazmışdı.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.