Türkiyənin hərbi-siyasi rəhbərliyi martın 9-da İordaniyaya səfər edəcək.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat İdarəsinin (MİT) rəisi İbrahim Kalın Ammana gedəcəklər.
Səfər çərçivəsində onlar İordaniya, İraq, Livan və Suriyanın xarici işlər, eləcə də müdafiə nazirləri, baş qərargah və kəşfiyyat rəisləri ilə görüşdə iştirak edəcəklər.