Kanadada Mərkəzi Bankın keçmiş rəhbəri Mark Karni hakim Liberal Partiyasının lideri seçilib. Beləliklə o, ölkənin növbəti hökumət başçısı olacaq.
Bu barədə "İnterfaks" xəbər yayıb.
Bildirilib ki, Karni ilk səsvermənin nəticələrinə görə 85%-dən çox səs toplayaraq qələbə qazanıb. Keçmiş maliyyə naziri və hazırkı parlament üzvü Xristiya Friland 8% səs toplayaraq ikinci yeri tutub. Nümayəndələr Palatasının keçmiş lideri və hazırkı parlament üzvü Karina Quld 3.2% səslə üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, Karni heç vaxt seçkili vəzifə tutmayıb və hazırda parlament üzvü deyil.
Xatırladaq ki, Kanadanın Baş naziri Castin Trüdo yanvar ayının əvvəlində Liberal Partiyanın lideri vəzifəsindən ayrılacağını və partiya ona əvəz tapar-tapmaz hökumət başçısı postunu tərk edəcəyini açıqlamışdı.