“2 aprel çox böyük gün olacaq. Hal-hazırda bizimkilər Rusiyaya gedir. İndi əsas iş Rusiyadan asılıdır.”
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Bundan başqa, Tramp Avropa Birliyinin ABŞ-dan öz maraqları naminə istifadə etmək üçün yaradıldığını bildirib.
“Aİ-nin cavab olaraq əlavə rüsum tətbiq etməsinə də cavab verəcəyik”, - deyə ABŞ lideri vurğulayıb.