İtaliya Ukraynada mümkün hərbi missiyada iştirak etməyi planlaşdırmır.
TASS xəbər verir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmerin çağırdığı və 25-ə yaxın Qərb ölkələri liderlərinin Ukraynadakı vəziyyətə həsr olunmuş videokonferansında iştirak edən İtaliya hökumətinin sədri Corcia Meloninin mətbuat xidmətinin yaydığı məlumatda belə deyilir.
"Baş nazir İtaliyanın avropalı tərəfdaşlar və ABŞ ilə birlikdə Ukrayna üçün möhkəm və effektiv təhlükəsizlik zəmanətlərinin müəyyən edilməsi üzrə işləri davam etdirmək niyyətində olduğunu təsdiqləyib. O, həmçinin ölkəsinin mümkün hərbi missiyada iştirakının nəzərdə tutulmadığını diqqətə çatdırıb", - bəyanatda bildirilib.