"Slovakiya hökuməti Ukraynaya hərbi yardım üçün bir sent belə vermək fikrində deyil".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso "Facebook" sosial şəbəkə səhifəsində yazıb.
"Slovakiya Ukraynada heç bir hərbi missiyada iştirak etməyəcək və ona hərbi yardım üçün bir sent belə göndərməyəcək", - deyə o bildirib.
Eyni zamanda, R.Fitso Ukrayna və Slovakiya hökumətlərinin birgə iclasının təşkil edilməsini dəstəkləyib.
Onun fikrincə, müvafiq görüşdə müzakirənin əsas mövzusu hər iki dövlət üçün sərfəli olan layihələrin həyata keçirilməsi ola bilər.