Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Tramp arasındakı telefon danışığı başa çatıb.
TASS bildirir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Danışıqlar bitdi”, - o deyib.
Xatırladaq ki, iki lider arasında əvvəlki danışıq fevralın 12-də olub. Bundan əvvəl Rusiya və ABŞ dövlət başçıları üç il ərzində ünsiyyət qurmayıblar. Liderlər arasında fevral razılaşmalarının ardından Səudiyyə Ərəbistanında yüksək səviyyəli Rusiya-Amerika danışıqları aparılıb. Orada həm ikitərəfli münasibətlərin bərpası, həm də Rusiya-Ukrayna münaqişəsinin həlli müzakirə edilib.
**19:21
Ağ Ev ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin təxminən bir saatdır telefonla danışdığını bildirib.
“Reuters” bildirir ki, bu barədə “X” sosial şəbəkəsində ABŞ Prezidentinin köməkçisi və Ağ Ev rəhbərinin müavini Den Skavino məlumat verib.
“Prezident Tramp Ağ Evin Oval kabinetindədir və Şərq sahili vaxtı ilə səhər saat 10:00-dan (Bakı vaxtı ilə 18:00) orada Rusiya Prezidenti Vladimir Putinlə danışır”, - Skavino deyib.
O qeyd edib ki, söhbət müsbət məcrada gedir və hələ də davam edir.