Almaniyanın xarici işlər naziri BMT Baş Assambleyasının sədri ola bilər

Almaniya hökuməti BMT Baş Assambleyasının 2025-2026-cı illər üçün sədri vəzifəsinə xarici işlər naziri Annalena Berbokun namizədliyini irəli sürmək istəyir.

 

“Bild” qəzeti yazıb ki, bu barədə hökumət dairələrindən məlumat verilib. Müvafiq qərarın artıq təsdiqlənməkdə olduğu bildirilir. BMT daxilində aparılan daxili razılaşmalara əsasən, onun seçilməsi sadəcə formal proses hesab olunur. Baş Assambleyanın sədri vəzifəsinə seçkilərin iyunun 2-də keçirilməsi gözlənilir. Sentyabrda başlayacaq sədrlik müddəti bir il davam edəcək.

 

Baş Assambleya BMT-nin siyasi qərarlar qəbul edən əsas orqanıdır. Onun sədri hər plenar iclası açır və bağlayır, müzakirələri idarə edir, prosedur qaydalarına riayət olunmasına nəzarət edir, çıxış və sual vermə hüququnu müəyyənləşdirir və qərarları elan edir.

 

Qeyd edək ki, Almaniya hökuməti 2024-cü ilin sentyabrında bu yüksək vəzifəyə uzun illik təcrübəyə malik diplomat, ATƏT-in sabiq Baş katibi Helqa Şmidi namizəd göstərmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.