Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Şimali Koreya lideri Kim Çen Inla görüşüb, söhbət iki saatdan çox davam edib.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Kim Çen Inın Rusiyaya və Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfərindən sonra qəbul edilmiş qərarların icrasının nəticələrini nəzərdən keçiriblər.
Bundan əlavə, tərəflər Şimali Koreya yarımadası da daxil olmaqla dünyanın müxtəlif regionlarında təhlükəsizlik məsələlərini müzakirə ediblər.